Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən il 14% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən il 14% artıb
# 08 fevral 2012 10:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 149 xarici dövlətlə 36,3 mlrd. ABŞ dolları məbləğində ticarət əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmtəə mübadiləsinin 5,5 mlrd. dolları MDB, 30,8 mlrd. dolları digər ölkələrlə həyata keçirilib: «Hesabat ilində əvvəlki illə müqayisədə ölkə üzrə xarici ticarət dövriyyəsinin həcmi 30,1%, o cümlədən MDB ölkələri üzrə 37,5%, digər dövlətlər üzrə isə 28,9% çox olub».

Xarici ticarət dövriyyəsinin 26,6 mlrd. dollarını Azərbaycandan ixrac olunmuş mallar, 9,7 mlrd. dollarını isə ölkəyə idxal edilmiş məhsullar təşkil edib. Nəticədə, 16,8 mlrd. dollarlıq müsbət xarici ticarət saldosu yaranıb: «Əvvəlki illə müqayisədə ixracın həcmi 24,9%, idxalın həcmi 47%, müsbət saldonun həcmi isə 14,3% artıb».

Xarici ticarət əməliyyatlarının 4/5 hissəsindən çoxu (80,5%-i) İtaliya, Fransa, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Almaniya, İndoneziya, İsrail, Belarus, Malayziya, Çin, Koreya və Gürcüstan dövlətləri ilə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR