Bank Of Baku

Milli Depozit Mərkəzinin müştərilərinin sayı artıb

Milli Depozit Mərkəzinin müştərilərinin sayı artıb
# 08 fevral 2012 11:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında bağlanmış müqavilələrə əsasən, Milli Depozit Mərkəzi (MDM) göstərdiyi depozitar və reyestrin aparılması xidmətləri üzrə şirkətlərin sayını artırıb.

MDM-dən «APA-Economics»ə verilən məlumata görə, yanvar ayında bağlanmış müqavilələrə əsasən, MDM «Bərdə Yun» ASC-yə, «Kürdəmir Tikinti Təmir» ASC-yə, «Ağcabədi NEM», «İsmayıllı Sənaye İstehsal» ASC-yə, «Əli-Bayramlı Kimyəvi Təmizləmə» ASC-yə və «Sabirabad Yem Zavodu» ASC-yə depozitar və reyestrin aparılması xidmətlərinin göstərilməsinə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR