Bank Of Baku

«YapıKredi Bank Azerbaijan» son bir ildə aktivlərini 16% artırıb

«YapıKredi Bank Azerbaijan» son bir ildə aktivlərini 16% artırıb
# 08 fevral 2012 13:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «YapıKredi Bank Azerbaijan» QSC-nin aktivlərinin həcmi 2012-ci il yanvarın 1-nə 238,921 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin əvvəlinə nisbətən 16% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 79% artaraq 124,648 mln. manata, depozit portfeli 62% genişlənərək 104,472 mln. manata, məcmu kapitalı 10% artaraq 57,259 mln. manata, o cümlədən nizamnamə kapitalı 21% artaraq 38,110 mln. manata çatıb.

Qeyd olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 14% azalaraq 31 293-ə, o cümlədən fiziki şəxslərin sayı 12% azalaraq 29 339-a, hüquqi şəxslərin sayı isə 36% azalaraq 1 954-ə çatıb.

Bununla yanaşı, bankın aktiv plastik kartlarının sayı 41% artaraq 6 837, o cümlədən debet kartlarının sayı 55% artaraq 4 594, kredit kartlarının sayı isə 18% artaraq 2 243 ədəd olub. Eyni zamanda, bankda çalışan işçilərin sayı 25% artaraq 175 nəfər, orta aylıq əmək haqqı isə 4,4% artaraq 1 808 manat təşkil edib.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (99,8%), «YapıKredi Finansal Kiralama (0,1%) və «YapıKredi Yatırım Menkul Degerler A.Ş» (0,1%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir. Hazırda bankın 7 filialı, 19 bankomatı və 151 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR