Bank Of Baku

«Xalq Bank»ın mənfəəti ötən il 91% artıb

«Xalq Bank»ın mənfəəti ötən il 91% artıb
# 08 fevral 2012 13:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC-nin 2011-ci ildə əldə etdiyi mənfəətin həcmi 25,758 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin mənfəəti ilə müqayisədə 91% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 22% artaraq 63,759 mln. manat, o cümlədən faiz gəlirləri 26% artaraq 59,044 mln. manat, qeyri-faiz gəlirləri 15% azalaraq 4,714 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın ümumi xərcləri 2,3% azalaraq 38 mln. manat, o cümlədən faiz xərcləri 15% artaraq 25,654 mln. manat, qeyri-faiz xərcləri isə 26% azalaraq 12,346 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın faiz mənfəəti 36,4% artaraq 33,390 mln. manat, qeyri-faiz zərəri isə 31% azalaraq 7,632 mln. manat təşkil edib.

Qeyd edək ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir. Cari il yanvarın 1-nə bankın ölkə üzrə 18 filialı, 34 bankomatı, 61 POS-terminalı və 430 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR