Bank Of Baku

Azərbaycanda «çirkli pulların» leqallaşdırılmasına qarşı mübarizə məqsədi ilə yoxlanılan əməliyyatların xüsusi indikatorları yenilənib

Azərbaycanda «çirkli pulların» leqallaşdırılmasına qarşı mübarizə məqsədi ilə yoxlanılan əməliyyatların xüsusi indikatorları yenilənib
# 09 fevral 2012 07:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində milli sistemin təkmilləşdirilməsi məqsədi ilə monitorinq olunmalı əməliyyatların xüsusi indikatorları yenilənib. Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, xüsusi indikatorlar cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, habelə bu cür əməliyyatların aparılmasına cəhdlərin müəyyən edilməsi və bu barədə məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi məqsədini daşıyır.

Maliyyə Monitorinqi Xidməti tərəfindən təsdiq edilmiş və məhdudlaşdırıcı xarakteri daşımayan xüsusi indikatorlarla yanaşı «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» qanunun 12.1.5-ci maddəsinə əsasən, monitorinq subyektləri fəaliyyət xüsusiyyətlərini nəzərə alaraq daxili nəzarət sistemləri çərçivəsində xüsusi indikatorlar müəyyən etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR