Bank Of Baku

Bakıda ilk vergi forumu işə başlayıb - FOTOSESSİYA

Bakıda ilk vergi forumu işə başlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 09 fevral 2012 08:36 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, forumda dövlət orqanları, Milli Məclis, Avropa Birliyi, Dünya Bankı və digər beynəlxalq maliyyə qurumları, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, AMEA-nın müvafiq strukturları, banklar, ali məktəblər, qeyri-hökumət təşkilatları, sahibkarların ictimai birliklərinin nümayəndələri, iş adamları və s. iştirak edir.

Forumda Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində vergi siyasətinin rolu, vergi siyasətinin biznes mühitə təsiri, vergi orqanları və özəl sektor arasında əlaqələrin gücləndirilməsi, elektron vergi xidmətlərinin tətbiqi və s. mövzuların müzakirəsi nəzərdə tutulur.

Toplantıda çıxış edən vergilər naziri Fazil Məmmədov vergi sistemində aparılan islahatlar nəticəsində hazırda Azərbaycanda sərmayəçilər üçün cəlbedici, sadə və eyni zamanda şəffaf vergi sisteminin qurulması üçün ciddi tədbirlər görüldüyünü bildirib. Onun sözlərinə görə, vergi sistemindəki müasirləşmə prosesi nəticəsində vergi inzibatçılığı təkmilləşdirilib və elektron xidmətlərin geniş tətbiqinə başlanıb. Hazırda ölkədə fərdi sahibkarların və hüquqi şəxslərin elektron qeydiyyatı sistemi tətbiq edilib, vergi və rüsumların internet vasitəsilə ödənilməsi üçün elektron xidmətin tətbiqi ilə bağlı hazırlıq işləri başa çatıb.

F.Məmmədov qeyd edib ki, yaxın perspektiv üçün vergi xidmətinin əsas hədəfləri - vergi sisteminin sabitliyi, vergi inzibatçılığının biznes iştirakçıları üçün maksimum rahat və əlverişli olması, iqtisadiyyatın strukturunun formalaşdırılmasında və innovasiyaların dəstəklənməsi sayəsində vergilərin stimullaşdırıcı rolunun artırılmasıdır. O, Vergilər Nazirliyinin yeni ideya və innovasiyalara açıq olduğunu, beynəlxalq qurumlar və işgüzar dairələrlə dialoq və əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR