Bank Of Baku

Yunanıstan müxalifəti büdcə xərclərinin pensiyaların azaldılması hesabına ixtisarına razılıq verməyib

Yunanıstan müxalifəti büdcə xərclərinin pensiyaların azaldılması hesabına ixtisarına razılıq verməyib
# 09 fevral 2012 08:41 (UTC +04:00)
APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, əsas mübahisə mövzusu pensiya məsələsi olub.

Yeddi saat davam edən görüşdən sonra əmək haqqının minimal həcminin 22% ixtisarı haqqında qərar qəbul olunub. Nasionalistlər Partiyasının nümayəndəsi bildirib ki, bayram mükafat ödənişlərinin həcmini qoruyub saxlamağa müvəffəq olublar.

Qeyd edək ki, baş nazirin iqamətgahında keçirilən görüşdə PASOK partiyasından Georgios Papandreu, “Yeni demokratiya” partiyasından Antonis Samaras və nasionalistlərdən Georgios Karadzaferis iştirak ediblər. Onların əsas vəzifəsi kreditorlar “üçlüyü”ndən - Avropa Birliyi, Beynəlxalq Valyuta Fondu və Avropa Mərkəzi Bankından növbəti maliyyə yardımı paketini almaq üçün büdcə ixtisarlarının həcmini razılaşdırmaqdır.

Dövlət xərclərinin ÜDM-ə nisbətinin 1% azaldılması Yunanıstana 130 mlrd. avro kredit almaq və özəl investorlara olan borcu restrukturizasiya etmək imkanı verəcək. Amma bunun üçün birbaşa “vətəndaşların cibinə girmək” lazım gələcək. Georgios Karadzaferis mövcud vəziyyəti “milli suverenitetin tədricən itirilməsi və Avropanın nəhəng iqtisadiyyatlarının şantajı” kimi dəyərləndirib. Hökumətlə müxalifətin razılığa gəlməyəcəyi təqdirdə isə ölkəni defolt gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR