Bank Of Baku

Azərbaycanda vergi sisteminin fəaliyyəti ilə bağlı yeni qanun layihəsi hazırlanır

Azərbaycanda vergi sisteminin fəaliyyəti ilə bağlı yeni qanun layihəsi hazırlanır
# 09 fevral 2012 09:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Avropa Birliyi (AB) Azərbaycanın vergi sisteminin işinin təkmilləşdirilməsi sahəsində Vergilər Nazirliyi ilə ciddi əməkdaşlıq edir. «APA-Economics»in xəbərinə görə, bu barədə AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bu gün «Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər» mövzusunda Bakıda keçirilən ilk Vergi Forumundakı çıxışında bildirib.

Onun sözlərinə görə, bu sahədə ən böyük layihələrdən biri elektron audit sisteminin tətbiqinə dair AB ilə həyata keçirilən layihədir: «Elektron auditin həyat keçirilməsinin əsas məqsədi prosesin sadələşdirilməsi və effektivliyin artırılması, vaxta və pula qənaət edilməsidir. İndi ən vacib sahələrdən biri elektron audit sistemi üçün hüquqi bazanın formalaşmasıdır».

Azərbaycanın vergi sisteminin ölkə iqtisadiyyatında mühüm rol oynadığını bildirən R.Kobia qeyd edib ki, əsas məsələlərdən biri orta sahibkarların daxili qanunvericilik barədə fiskal məlumatlara elektron çıxışının olmasıdır: «Bu barədə qanun layihəsi yaxın vaxtlarda Milli Məclisə təqdim olunacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR