Bank Of Baku

«Rabitəbank» nizamnamə kapitalını artırır

«Rabitəbank» nizamnamə kapitalını artırır
# 09 fevral 2012 12:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Rabitəbank» ASC-nin imtiyazlı adlı səhmlərinin emissiya prospekti dövlət qeydiyyatına alınıb.

Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20,29 manat, sayı 285 856 ədəd, emissiyanın ümumi həcmi isə 5 800 018,24 manat təşkil edir. Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Chelsea Capital» MMC çıxış edəcək. Emissiyanın yerləşdirilməsi başa çatandan sonra bankın nizamnamə kapitalı 30,7% artaraq 24,7 mln. manata çatacaq.

Qeyd edək ki, «Rabitəbank» 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın nizamnamə kapitalı 18,9 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR