Bank Of Baku

Azərbaycanda «Hökumət ödənişləri» portalı yaradılır

Azərbaycanda «Hökumət ödənişləri» portalı yaradılır
# 09 fevral 2012 14:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda vergi, rüsum və digər büdcə ödənişlərinin nağdsız həyata keçirilməsi üçün «Hökumət ödənişləri» portalı yaradılır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) Ödəniş sistemləri və hesablaşmalar Departamentinin direktoru Kəmalə Qurbanova bildirib.

Onun sözlərinə görə, yeni portal AMB-nin Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) nəzdində yaradılacaq: «Azərbaycanda vergi, rüsum və digər büdcə ödənişlərinin nağdsız ödəniş alətləri vasitəsilə ödənilməsi imkanının yaradılması üçün hazırda KÖMİS-in platformasında hökumət ödənişləri portalı yaradılması üzərində işlənilir».

K.Qurbanova bildirib ki, bu işlərə ilk olaraq Vergilər Nazirliyi ilə başlanıb. Hazırda 20 min vergi ödəyicisi barədə informasiya KÖMİS sisteminə yüklənib. Artıq bununla bağlı ilk mərhələ başa çatıb. Nəticədə, artıq fevralın sonunda 90 növ tədiyyə üzrə ödənişləri KÖMİS sisteminin resurslarından istifadə etməklə ödənilməsi imkanı yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR