Bank Of Baku

«Gəncəbank»ın aktivləri ötən il 15% artıb

«Gəncəbank»ın aktivləri ötən il 15% artıb
# 09 fevral 2012 14:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Gəncəbank» ASC-nin aktivlərinin həcmi 2012-ci il yanvarın 1-nə 48,184 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin əvvəlinə olan göstərici ilə müqayisədə 15% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 23% artaraq 35,871 mln. manat, depozit portfeli isə 53% genişlənərək 4,753 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 6,1% azalaraq 15,595 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 15 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın müştərilərinin sayı 21% artaraq 3 383-ə, o cümlədən fiziki şəxslərin sayı 22% artaraq 2 928-ə, hüquqi şəxslərin sayı isə 17% artaraq 455-ə çatıb. Bununla yanaşı, bankın aktiv plastik kartlarının sayı 14% artaraq 639, orta aylıq əmək haqqı 52% azalaraq 388 manat, işçilərin sayı isə 68 nəfər olub.

Xatırladaq ki, «Gəncəbank» ASC 1994-cü ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 5 filialı, 6 bankomatı və 16 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR