Bank Of Baku

Azərbaycanda plastik kart infrastrukturu əsasən paytaxtda cəmləşib

Azərbaycanda plastik kart infrastrukturu əsasən paytaxtda cəmləşib
# 09 fevral 2012 14:53 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda plastik kart infrastrukturu əsasən Bakı şəhərində cəmləşib. Regionlarda isə əsasən «Azərpoçt» MMC-nin filial və şöbələri xidmət göstərir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) Ödəniş sistemləri və hesablaşmalar Departamentinin direktoru Kəmalə Qurbanova bildirib.

Ölkənin nağdsız ödənişlər infrastrukturu barədə məlumat verən departament direktorunun sözlərinə görə, bu gün ölkədə 4 böyük kart prosessinq mərkəzi, 44 bankın 82 bank filialı mövcuddur. Bu bankların hamısının ödəniş kartları emissiya edilib.

Ötən ilin sonunda AZIPS sistemindən 99 mlrd. manat ödəniş emal edilib, XÖHKS sistemindən isə 8,6 mlrd. manat keçib. KÖMİS sistemində 2011-ci ildə 20 mln. sayda ödəniş aparılıb. Hazırda KÖMİS sistemində bütün kommunal xidmət təşkilatları, o cümlədən DYP ödənişlərini ödəmək imkanı yaradılıb. O cümlədən, 4,5 mln. ödəniş kartı ilə 6,7 mlrd. manatlıq ödkədaxili kart əməliyyatları aparılıb.

K.Qurbanovanın sözlərinə görə, 2010-cu ildə «Azərpoçt»un milli ödəniş sisteminə inteqrasiya olunması həyata keçirilib - 1500-ə yaxın filial və şöbəsi olan «Azərpoçt»un infrastrukturundan istifadə edib regionlarda da nağdsız ödəniş imkanlarının yaradılması mümkün olub. Bu gün «Azərpoçt»un 930-a yaxın filial və şöbəsi AMB tərəfindən maliyyə xidməti göstərməsi üçün icazə alıb. Keçən il «Azərpoçt» lokal kart buraxıb və artıq beynəlxalq ödəniş kartları da buraxmağa hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR