«Fitch Ratings» Azərbaycan Dövlət Neft Şirkətinin istiqrazlarının yekun reytinqini müəyyənləşdirib
09 fevral 2012 15:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən buraxılan istiqrazlara «BBB-» səviyyəsində yekun reytinq verib. Agentlikdən «APA-Economics»ə verilən məlumata görə, reytinq emitentin reytinqinə bərabər səviyyədə müəyyənləşib.
Agentliyin məlumatında deyilir ki, reytinq Şirkətin kredit qabiliyyətini, iqtisadiyyatda rolunu və emitentin dövlət tərəfindən dəstək almaq imkanlarını əks etdirir. Qeyd edək ki, istiqrazların yerləşdirilməsindən əldə olunacaq vəsaitləri ARDNŞ yeni kapital qoyuluşlarına yönəldəcək.
Qeyd edək ki, ARDNŞ-in bu, ilk istiqraz emissiyasının ümumi həcmi 500 mln. ABŞ dolları, gəlirliyi illik 5,45% təşkil edir, ödəmə tarixi isə 2017-ci ilin fevralın 9-nə təyin olunub.

Maliyyə
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024
Kapital Bank-ın 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
15:27
17 may 2024
BMT: 2024-cü ilin əvvəlindən artan neft qiymətləri Azərbaycan və Qazaxıstanın gəlirlərini artıracaq
15:18
17 may 2024
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:25
17 may 2024