Bank Of Baku

İran idxal etdiyi taxılın dəyərini neft və qızılla ödəyəcək

İran idxal etdiyi taxılın dəyərini neft və qızılla ödəyəcək
# 10 fevral 2012 09:11 (UTC +04:00)
Bakı - APA-Economics. İran idxal etdiyi 200-400 min ton buğdanın dəyərini neft və qızılla ödəyəcək. “APA-Economics”in xəbərinə görə, bu barədə “Reuters”ə taxıl tacirləri məlumat verib.

Sövdələşmədə bir neçə ticarət şirkəti iştirak edəcək. Bundan başqa, palma yağı, düyü, qarğıdalı və Hindistan çayının idxalına dair müqavilələr imzalamaqda da İran problemlərlə üzləşib.

Problemlərin yaranmasına səbəb ABŞ və Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalardır. Sanksiyalara uyğun olaraq Avropanın iri bankları İrana ərzaq idxalını maliyyələşdirməyi dayandırıb. ABŞ və Avropa Birliyi İranla ticarətdə dollar və avrodan istifadə edən maliyyə təşkilatları barəsində tədbir görmək niyyətindədir.

Qeyd edək ki, yanvarın 23-də Avropa Birliyinə (AB) daxil olan ölkələrin xarici işlər nazirləri İranın nüvə proqramının maliyyə qaynaqlarını kəsmək məqsədilə bu ölkədən neft idxalına embarqo tətbiq olunması və İran Mərkəzi Bankının Avropadakı aktivlərinin dondurulması haqqında sənədi imzalayıb. Sənəd İrandan xam neft alışına dərhal qadağa qoyulmasını nəzərdə tutur. İndiyədək bağlanmış müqavilələr üzrə öhdəliklər isə 1 iyul 2012-ci ilədək yerinə yetirilməlidir. Bu səbəbdən İranı valyuta hesablaşmaları ilə bağlı daha böyük problemlərin gözlədiyi ehtimal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR