Bank Of Baku

Azərbaycan sığorta bazarında «Sərnişinlərin icbari sığortası» növünü ilk olaraq «Qarant Sığorta» şirkəti tətbiq edəcək

Azərbaycan sığorta bazarında «Sərnişinlərin icbari sığortası» növünü ilk olaraq «Qarant Sığorta» şirkəti tətbiq edəcək
# 10 fevral 2012 09:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkəti yeni qəbul olunmuş «Sərnişinlərin icbari sığortası» növünün tətbiqinə başlamaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu «Qarant Sığorta» şirkəti İdarə Heyətinin sədri vəzifəsini icra edən Fuad Allahverdiyev bildirib.

F.Allahverdiyevin sözlərinə görə, «Sərnişinlərin icbari sığortası» növündən başqa, şirkət daha 3 yeni icbari sığorta növü – «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası», «Daşınmaz əmlakın icbari sığortası» və «Daşınmaz əmlak istismarçısının mülki məsuliyyətinin icbari sığortası» üzrə xidmətlərə başlamaq niyyətindədir. Bununla bağlı yaxın vaxtlarda şirkət tərəfindən İcbari Sığorta Bürosuna (İSB) müraciət olunacaq.

Qeyd edək ki, hazırda 9 sığorta şirkəti İSB-yə üzvdür. İndiyədək üzv olan şirkətlərin heç biri «Sərnişinlərin icbari sığortası» növü ilə bağlı icazə almayıb.

Qeyd edək ki, Büro 2011-ci ilin sonundan fəaliyyət göstərir. Büronun yaradılmasında əsas məqsəd zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etməkdən ibarətdir. Sığorta şirkətləri «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə xidmətlərə görə Büroya 200 min manat, «Sərnişinlərin icbari sığortası» növünə 200 min manat, «Daşınmaz əmlakın icbari sığortası» və «Daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası» növləri üzrə isə hər birinə 100 min manat birdəfəlik vəsait (təminat depoziti) ödəməlidir.

Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR