Bank Of Baku

Azərbaycanda ipoteka kreditləri orta hesabla 22 illiyə verilir

Azərbaycanda ipoteka kreditləri orta hesabla 22 illiyə verilir
# 10 fevral 2012 11:49 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda dövlətin xətti ilə vətəndaşlara verilən ipoteka kreditlərinin orta məbləği təqribən 40 min manat təşkil edir. «APA-Economics»in məlumatına görə, Mərkəzi Bankın məlumatına görə, İpoteka Fondunun (AİF) xətti ilə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlər üzrə orta göstəricilər açıqlanıb.

Məlumata əsasən, AİF-in xətti ilə verilən kreditlərin orta məbləği 39 378,2 manat təşkil edir. Bu, bir il əvvəl – 2010-cu ilin sonuna olan göstəricidən 647 manat və ya 1,6% azdır.

AMB-nin göstəriciləri əsasında aparılan hesablamalara görə, ötən il AİF-in xətti ilə 242 şəxs ipoteka krediti alıb. İpoteka kreditləri orta hesabla 270 aya və ya 22,5 illiyə, illik orta hesabla 6,91%-lə verilib. AİF-in xətti ilə verilən ipoteka kreditləri üzrə ödənişin orta məbləği 301,4 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR