Eyni zamanda, bankların məcmu xarici aktivlərinin həcmi 2012-ci il yanvarın 1-nə 1 762,6 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 70,7 mln. manat və ya 4,2% çoxdur. Bununla yanaşı, dekabr ayı ərzində xarici aktivlər üzrə 73,6 mln. manat və ya 4,4%-lik artım müşahidə olunub.
Nəticədə, kommersiya banklarının xarici maliyyə əməliyyatlarında 669,7 mln. manat həcmində mənfi saldo yaranıb, bu da illik müqayisədə 14% azdır.