Bank Of Baku

«Qafqaz İnkişaf Bankı» uzunmüddətli kreditləşməni 85% artırıb

«Qafqaz İnkişaf Bankı» uzunmüddətli kreditləşməni 85% artırıb
# 10 fevral 2012 12:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qafqaz İnkişaf Bankı» ASC-nin kredit portfelinin həcmi 2012-ci il yanvarın 1-nə 53,160 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin əvvəlinə olan göstərici ilə müqayisədə 85% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın 12 ayadək verdiyi kreditlərin həcmi 80% artaraq 8,227 mln. manata, 12 aydan artıq müddətə verdiyi kreditlər 85% artaraq 44,933 mln. manata, istehlak kreditlərinin həcmi isə 2,8 dəfə artaraq 5,010 mln. manata çatıb. Bu müddət ərzində Azərbaycan İpoteka Fondunun xətti ilə verilən kreditlərin həcmi 18% artaraq 215,345 min manat, bankın öz ipoteka proqramı ilə ayırdığı kreditlərin həcmi isə 20% artaraq 527,072 min manat, vaxtı keçmiş kreditləri 38% azalaraq 929 min manat olub.

Təhlil aparılan dövr ərzində bankın depozit portfelinin həcmi 93% artaraq 45,835 mln. manat, o cümlədən müddətli depozitlər 43% azalaraq 9,288 mln. manat, tələb olunanadək depozitlər 5,2 dəfə artaraq 32,612 mln. manat, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 3,2 dəfə artaraq 3,395 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan və Rusiya müəssisələri, bankları, təşkilatları və fiziki şəxslər olan «Qafqaz İnkişaf Bankı» 1996-cı ilin aprelində yaradılıb. Hazırda bankın ölkə üzrə 2 filialı və 57 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR