Bank Of Baku

Azərbaycanda bank kreditləşməsi artıb

Azərbaycanda bank kreditləşməsi artıb
# 10 fevral 2012 13:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 2012-ci il yanvarın 1-nə 9 950,3 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kreditlərin 33,3%-i ev təsərrüfatlarına verilib.

Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin payı 28,6%, nəqliyyat və rabitə sahəsi - 4,1%, sənaye və istehsalı - 5,9%, energetika, kimya və təbii ehtiyatlar sahəsi - 2,9%, kənd təsərrüfatı və emal sektoru - 4,7%, inşaat və əmlak sahəsinin payı 8,8%, digər sahələrin xüsusi çəkisi isə 11,7% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR