Bank Of Baku

«Qarant Sığorta» şirkəti ötən il sığorta ödənişlərini iki dəfə azaldıb

«Qarant Sığorta» şirkəti ötən il sığorta ödənişlərini iki dəfə azaldıb
# 10 fevral 2012 14:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkətinin 2011-ci ildə «Sərnişinlərin icbari sığortası» (köhnə) növü üzrə məcmu yığımları 320 min manat təşkil edib ki, bu da 2010-cu ilin analoji göstəricisi il müqayisədə eynidir. «APA-Economics»in məlumatına görə, bunu şirkətin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Fuad Allahverdiyev bildirib.

F.Allahverdiyevin sözlərinə görə, ötən il ərzində şirkət ümumilikdə 8 mln. manat həcmində sığorta haqqı toplayıb ki, bu da əvvəlki ilin yekunları ilə müqayisədə 13% çoxdur: «Sığorta haqlarının strukturunda «Sərnişinlərin icbari sığortası» növünün xüsusi çəkisi 3-4% təşkil edib ki, bu isə kiçik rəqəmdir. Gələcəkdə biz bu sahəni daha da təkmilləşdirmək niyyətindəyik».

Şirkət rəhbərinin sözlərinə görə, ötən il sığorta haqlarının 947,448 min manatı icbari sığorta növlərinin payına düşüb ki, bu da 2010-cu il ilə müqayisədə 17% çoxdur. Bununla yanaşı, könüllü sığorta haqlarının həcmi son bir ildə 12,2% artıb.

F.Allahverdiyev bildirib ki, 2011-ci ildə ən çox sığorta haqları «Yüklərin sığortası», «İnşaat sığortası», «Könüllü tibbi sığorta», «Səfər sığortası», «Əmlak sığortası» və digər növlər üzrə yığılıb.

Qeyd edək ki, ötən il şirkətin sığorta hadisələri üzrə həyata keçirdiyi ödənişlərin həcmi 2 dəfə azalaraq 1,265 mln. manat olub, bunun da 35%-i icbari sığorta növlərinin payına düşüb.

Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR