Bank Of Baku

Azərbaycanda bankların mənfəəti 15% artıb

Azərbaycanda bankların mənfəəti 15% artıb
# 10 fevral 2012 14:23 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, 2010-cu ilin göstəricisi ilə müqayisədə əldə edilmiş mənfəət 20,75 mln. manat və ya 14,8% artıb.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr ayları ərzində bankların mənfəəti 121,17 mln. manat olduğuna görə, dekabr ayında da bankların mənfəətlə işlədiyini görərik.

Ötən il bankların faiz gəlirləri 1 099,76 mln. manat, faiz xərcləri 586,34 mln. manat təşkil edib və nəticədə faiz mənfəəti 513,42 mln. manata bərabər olub. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 320,98 mln. manat, qeyri-faiz xərcləri isə 538,39 mln. manat təşkil edib ki, nəticədə qeyri-faiz əməliyyatları üzrə 217,41 mln. manata bərabər zərər yaranıb.

Qeyd edək ki, 2010-cu il ilə müqayisədə faiz mənfəəti 1,9%, qeyri-faiz zərəri 21%, o cümlədən, faiz gəlirləri 4,2%, faiz xərcləri 6,3%, həmçinin, qeyri-faiz əməliyyatları üzrə gəlirlər 18,2%, xərclər isə 19,3% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR