Bank Of Baku

«YapıKredi Bank Azerbaijan»ın faiz mənfəəti ötən il 28% artıb

«YapıKredi Bank Azerbaijan»ın faiz mənfəəti ötən il 28% artıb
# 10 fevral 2012 14:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «YapıKredi Bank Azerbaijan» QSC-nin 2011-ci ildə əldə etdiyi mənfəətin həcmi 7,876 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin yekun göstəricisi ilə müqayisədə 0,6% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın ümumi gəlirləri 1,16% artaraq 19,159 mln. manat, o cümlədən faiz gəlirləri 14% artaraq 13,003 mln. manat, qeyri-faiz gəlirləri isə 18% azalaraq 6,156 mln. manat təşkil edib.

Bu dövr ərzində bankın xərcləri 5,9% azalaraq 11,669 mln. manat, o cümlədən faiz xərcləri 26% azalaraq 1,672 mln. manat, qeyri-faiz xərcləri isə 28% artaraq 8,865 mln. manat, PR və marketinq xərcləri isə 42% artaraq 71,740 min manat olub.

Təhlil aparılan dövr ərzində bankın faiz mənfəəti 28% artaraq 11,331 mln. manat, qeyri-faiz zərəri 2,709 mln. manat təşkil edib. Qeyd edək ki, 2010-cu ilin sonunda bankın qeyri-faiz mənfəəti 594 min manat olub.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (99,8%), «YapıKredi Finansal Kiralama (0,1%) və «YapıKredi Yatırım Menkul Degerler A.Ş» (0,1%) olan «YapıKredi Bank Azerbaijan» QSC 2000-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 6 filialı, 17 bankomatı və 80 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR