Bank Of Baku

Yunanıstan parlamenti sərt qənaət tədbirləri paketini təsdiqləyib

Yunanıstan parlamenti sərt qənaət tədbirləri paketini təsdiqləyib
# 13 fevral 2012 07:23 (UTC +04:00)
APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, tədbirlər paketi 2015-ci ilə qədər Yunanıstanın dövlət sektorunda çalışan 150 min nəfər ixtisar olunmasını, 2012-ci ildə əmək haqqı və pensiyaların 4,4 mlrd. dollar azaldılmasını ehtiva edir.

Baş nazir Lukas Papadimos parlamentdəki çıxışında AB və BVF ilə razılaşmada nəzərdə tutulmuş qənaət tədbirlərindən imtina olunmasının xaosa səbəb olacağını bildirib. O, parlamentin iclası getdiyi vaxt etiraz aksiyası keçirən yüz minlərlə vətəndaşı vandalizmə yol verməməyə çağırıb.

Qeyd edək ki, Yunanıstan martın 20-nə qədər yeni kredit tranşı almalı, bunun üçün AB, BVF və Avropa Mərkəzi Bankı ilə fevralın 15-nə qədər bütün razılaşmaları imzalamalıdır. Əks halda, ölkəni defolt gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR