Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, dekabr ayında mərkəzləşdirilmiş kreditlərin portfelində 36,2 mln. manatlıq və ya 1,8%-lik azalma baş verib.
Beləliklə, mərkəzləşdirilmiş kreditlərin əsas artımı Azərbaycanın bank sektorunda böhran ili hesab olunan 2009-cu ildə müşahidə olunub. Bu, tam izah olunandır, çünki həmin dövrdə bank sistemində likvidliyin aşağı düşməsi və xarici öhdəliklərin yerinə yetirilməsi üçün vəsaitlərin çatışmazlığı müşahidə olunub.