Bank Of Baku

«Xalq Bank»in kredit portfeli ötən il azalıb

«Xalq Bank»in kredit portfeli ötən il azalıb
# 13 fevral 2012 09:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC-nin aktivlərinin həcmi 2012-ci ilin yanvar ayının 1-nə 715,214 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin yekunu ilə müqayisədə 9,9% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 6,1% azalaraq 418,422 mln. manat, kredit portfeli isə 8,5% azalaraq 452,343 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 91% artaraq 173,254 mln. manat, o cümlədən nizamnamə kapitalı 92% artaraq 140,493 mln. manat təşkil edib.

Təhlil olunan dövrdə bankın cəmi müştəriləri 43% artaraq 22 027, aktiv plastik kartların sayı isə 29% artaraq 11 250 olub.

Qeyd edək ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın ölkə üzrə 18 filialı, 34 bankomatı, 61 POS-terminalı və 430 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR