Bank Of Baku

Azərbaycanda bank aktivləri il ərzində 7% artıb

Azərbaycanda bank aktivləri il ərzində 7% artıb
# 13 fevral 2012 10:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların aktivlərin həcmi 2012-ci ilin yanvarın 1-nə 14 259,18 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, o cümlədən dekabr ayında bank aktivləri ərzində 594,45 mln. manat və ya 4,4% artıb:




Aktivlərin strukturunda müştərilərə verilən kreditlərin həcmi yanvarın 1-nə 9 006,4 mln. manat (xüsusi çəkisi 63,2%), müxbir hesablar 1 336,4 mln. manat (9,4%), investisiyaların həcmi 1 440,8 mln. manat (10,1%), nağd vəsaitlər 695,2 mln. manat (4,9%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 567,7 mln. manat (4,0%), digər aktivlər isə 1 212,8 mln. manat (8,5%) təşkil edib.

Kommersiya banklarının passivlərinin 83%-i bankların öhdəliklərinin payına düşür. Belə ki, bankların öhdəliklərinin həcmi 11 831,71 mln. manat təşkil edib. Öhdəliklərin tərkibində 6 673,4 mln. manat həcmində depozitlər, 4 352,0 mln. manat həcmində maliyyə sektorundan alınmış kredit və depozitlər, 806,3 mln. manat həcmində isə digər öhdəliklərdir. Bankların məcmu kapitalı 2012-ci ilin yanvarın 1-nə 2 427,5 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR