Bank Of Baku

«Qarant Sığorta» nizamnamə kapitalını 50% artırır

«Qarant Sığorta» nizamnamə kapitalını 50% artırır
# 13 fevral 2012 10:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkəti yaxın vaxtlarda nizamnamə kapitalını 50% artıraraq 6 mln. manata çatdırmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri vəzifəsini icra edən Fuad Allahverdiyev bildirib.

F.Allahverdiyevin sözlərinə görə, şirkət yaxın 2-3 həftə ərzində 2 mln. manatlıq əlavə səhm emissiyasının qeydiyyata alınması ilə bağlı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə müraciət edəcək. «Sənədləşdirmə işlərindən sonra dərhal emissiyanın yerləşdirilməsi prosesinə başlanacaq və bununla da şirkətin nizamnamə kapitalının həcmi 6 mln. manata çatacaq», - deyə sədr əvəzi bildirib.

Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Ötən il şirkətin topladığı sığorta haqlarının həcmi 8 mln. manat, verilən sığorta ödənişləri isə 1,265 mln. manat təşkil edib. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR