Bank Of Baku

Azərbaycanda bank depozitləri 24% artıb

Azərbaycanda bank depozitləri 24% artıb
# 13 fevral 2012 11:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2012-ci ilin yanvarın 1-nə 9 447,0 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 821,2 mln. manat və ya 23,9% artıb.

Depozitlərin tərkibində 4 119,8 mln. manat və ya 43,6% ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi son bir ildə 1 090,0 mln. manat və ya 36% artıb.

Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi yanvarın 1-nə 5 327,1 mln. manata bərabər olub. Bu göstərici 2011-ci ildə 731,1 mln. manat və ya 15,9% artıb. Depozitlərin tərkibində 2 519,5 mln. manat və ya 47,3% maliyyə təşkilatların depozitlərinin, 2 807,6 mln. manatı və ya 52,7%-i qeyri-maliyyə təşkilatların depozitlərinin payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR