Bank Of Baku

«Qafqaz Leasing» şirkətinin mənfəəti 74% artıb

«Qafqaz Leasing» şirkətinin mənfəəti 74% artıb
# 13 fevral 2012 11:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Qafqaz Leasing» şirkətinin lizinq portfelinin həcmi 2012-ci ilin yanvar ayının 1-nə 25,305 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin analoji göstəricisi ilə müqayisədə 2,7 dəfə çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin ümumi lizinq müqavilələrinin sayı 24 dəfə artaraq 25 230-a, lizinqə verilən avadanlıqların dəyəri isə 3 dəfə artaraq 28,123 mln. manata çatıb.

Ötən il şirkətin aktivləri 2,7 dəfə artaraq 25,844 mln. manat, məcmu kapitalı 85% artaraq 4,654 mln. manata çatıb.

Qeyd edək ki, ötən il şirkətin gəlirləri 3,424 mln. manat olub ki, bu da 2010-cu ilin gəlirləri ilə müqayisədə təxminən iki dəfə çox olub. Bununla yanaşı, hesabat ilində şirkətin ümumi xərcləri 96% artaraq 2,159 mln. manat təşkil edib. Nəticədə 2011-ci ildə şirkətin əldə etdiyi xalis mənfəəti əvvəlki ilin mənfəəti ilə müqayisədə 74% artaraq 932,722 min manata çatıb.

Xatırladaq ki, lizinq portfelinin strukturunda əsas göstəricilər kimi istehlak və ticarət sahələri qeyd olunub.

Təsisçisi «NAB» Şirkətlər Qrupu (99%) və İranın bir fiziki şəxsi (1%) olan «Qafqaz Lizinq» ASC 2007-ci ilin oktyabr ayından fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR