Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin struktur bölmə rəhbərləri üçün təlimlər keçirilib

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin struktur bölmə rəhbərləri üçün təlimlər keçirilib
# 13 fevral 2012 11:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) struktur bölmə rəhbərləri üçün peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə dair «Vaxtın idarə edilməsi» mövzusunda növbəti təlimlər təşkil edilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, beş gün davam edən təlimlərin keçirilməsində məqsəd Komitənin əməkdaşlarının təşkilati-funksional cəhətdən gücləndirilməsi və kadr potensialının inkişaf etdirilməsidir.

Təlimlər «2011-2020-ci illərdə Azərbaycanda qiymətli kağızlar bazarının İnkişafı» Dövlət Proqramı çərçivəsində və komitə əməkdaşlarının 2012-ci il Təlim Planına müvafiq olaraq keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR