Bank Of Baku

Qarşıdakı 5 ildə Azərbaycanda nağdsız dövriyyə 10 dəfədən çox artacaq

Qarşıdakı 5 ildə Azərbaycanda nağdsız dövriyyə 10 dəfədən çox artacaq
# 13 fevral 2012 14:19 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda nağdsız hesablaşmaların genişləndirilməsi üzrə dövlət proqramının həyata keçirilməsi nəticəsində nağdsız ödənişlərin həcmi 10 dəfədən çox arta bilər. Bu barədə «APA-Economics»ə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova bildirib.

Qeyd edək ki, AMB tərəfindən hazırlanan «2012-2016-cı illərdə Azərbaycanda elektron ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı»nın layihəsi hazırda digər dövlət qurumları ilə razılaşdırılır.

K.Qurbanovanın sözlərinə görə, proqramın qüvvədə olduğu 5 il ərzində Azərbaycanda nağdsız dövriyyənin inkişaf etməkdə olan ölkələr - məsələn, Baltikyanı ölkələr və ya Şərqi Avropa ölkələri səviyyəsinə qaldırılması nəzərdə tutulur: «Hazırda Baltikyanı ölkələrdə dövriyyənin 40-45%-i nağdsız dövriyyənin payına düşür. Azərbaycanda isə bu göstərici hələ çox aşağı - 3,5%-dir». Başqa sözlə, proqram nəticəsində nağdsız dövriyyənin 10 dəfədən çox artması gözlənilir: «Təbii ki, kompleks tədbirlər həyata keçirilsə, biz ən yaxın vaxtda istədiyimiz nəticəni əldə edəcəyik».

K.Qurbanova qeyd edib ki, hazırda banklar sektoru öz kart sahiblərini kartdan istifadəyə stimullaşdırmaq üçün müxtəlif layihələr, bonus paketləri üzərində işləyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR