Bank Of Baku

«Parabank» əmanətlər üzrə faizlərin əvəzinə səyahət paketi təklif edir

«Parabank» əmanətlər üzrə faizlərin əvəzinə səyahət paketi təklif edir
# 15 fevral 2012 07:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanının «Parabank» ASC tərəfindən bu il fevralın 14-dən martın 14-dək «İmkanlarımız sərhədsizdir» əmanəti üzrə 12 ayın faizlərinin əvəzinə hər 10 min manata (dollar) görə Maldiv adalarına 1 nəfərlik səyahət paketi veriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, faizlərin əvəzinə səyahət paketi alan əmanətçilərin yatırdıqları əmanət üzrə faizləri 12 ay ərzində hesablanmayacaq.

Bankdan bildirib ki, Maldiv adaları səyahət paketinə 5 ulduzlu mehmanxananın «Superior beach Bungalow» tipli otağında 5 gün 4 gecə qalmaq, həmçinin səhər və şam yeməyi, transfer, səyahət sığortası və avia biletlər daxildir.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın ölkə üzrə 15 filialı, 18 bankomatı, 247 POS-terminalı və 418 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR