Bank Of Baku

8 ayda vergi daxilolmaları proqnozu 900 mln. manatdan çox üstələyib

8 ayda vergi daxilolmaları proqnozu 900 mln. manatdan çox üstələyib
# 04 sentyabr 2026 15:32 (UTC +04:00)

2026-cı ilin yanvar – avqust ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 12 milyard 619,1 milyon manat vergi daxil olub.

"APA-Economics" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu göstərici proqnoza nisbətən 900,1 milyon manat çoxdur. 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 1 milyard 58 milyon manat və ya 9,2 faiz artıb.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9 milyard 468,7 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 281,7 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 1 milyard 34,1 milyon manat və ya 12,3 faiz artıb.

Hesabat aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 546,6 milyon manat olub, proqnozdan əlavə 252,8 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 3 milyard 52,7 milyon manatdan çox təşkil edib.

Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 161,8 milyon manata yaxın olub, proqnozdan əlavə 7,5 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 125,3 milyon manatdan çox təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 682 milyon manatdan çox olub, proqnozdan əlavə 17,4 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 456,3 milyon manata yaxın təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR