AMB depozit hərracında 200 mln. manat vəsait cəlb edib

AMB depozit hərracında 200 mln. manat vəsait cəlb edib
# 20 aprel 2020 11:34 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, aprelin 20-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 480,3 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 200 mln. manat vəsait cəlb edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR