Bank Of Baku

Azərbaycan banklarının valyutaya tələbi 6% azalıb

Azərbaycan banklarının valyutaya tələbi 6% azalıb
# 16 aprel 2020 12:40 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 53 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (14 aprel 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 6,2% və ya 3,5 mln. azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Ümumiyyətlə, bu ilin martın 10-dan bu günə kimi 13 hərrac keçirilib ki, bu hərraclarda banklar 1 966,6 mln. dollar əldə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR