Bank Of Baku

Azərbaycanda 30 yeni maliyyə müəssisəsi yaradılıb

Azərbaycanda 30 yeni maliyyə müəssisəsi yaradılıb
# 20 aprel 2020 14:21 (UTC +04:00)

Bu ilin I rübü ərzində Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 30 yeni müəssisə yaradılıb, 4 statistik vahid isə ləğv edilib.

 APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, 2020-ci ilin yanvar-mart ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 1,9% artaraq 2020-ci il aprelin 1-i vəziyyətinə 149 051 olub. Bunun da 1 843-ü (ötən ilin eyni dövrünə nisbətən 5,9% artım)o cümlədən 1784-ü(ötən ilin eyni dövrünə nisbətən 5,5% artım) maliyyə və sığorta fəaliyyəti ilə məşğul olub.

Qeydiyyatda olan statistika vahidlərin mülkiyyət növü üzrə bölgüsünə gəlincə, 10 658-i və ya 7,1%-ni dövlət, 1724-ü və ya 1,2%-ni bələdiyyə və 136 669-ü və ya 91,7%-ni xüsusi müəssisələrin əhatə edib.

Bildirək ki, bu il aprelin 1-nə əsasən Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan mikro müəssisələrin sayı 1323 vahid təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR