2020-ci ildə koronavirus pandemiyasının təsirlərinin aradan qaldırılması istiqamətində həyata keçirilən dövlət dəstək mexanizmlərinin əsas şərtlərindən biri kimi əmək münasibətlərinin şəffaflaşdırılması tələbi iş yerlərinin leqallaşdırılması prosesinə müsbət təsir edib.
“APA-Economics”in Azərbaycan Respublikasi Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verdiyi xəbərə görə, 2020-ci ilin 1 iyul tarixinə əmək müqavilələrinin sayı 1 661,7 min təşkil edərək ilin əvvəlindən 107,3 min artıb, o cümlədən qeyri-neft qeyri-dövlət sektorunda bu göstərici 748,8 minə çataraq ilin əvvəlindən 109,9 min artıb.
Təkcə iyun ayında qeyri-neft qeyri-dövlət sektorunda əmək müqavilələrinin say artımı 20,7 min təşkil edib. Təhlillər göstərir ki, cari ilin əvvəlindən ölkə üzrə əmək müqavilələrinin sayının ümumi artımının hamısı qeyri-neft qeyri-dövlət sektoru hesabına baş verib.
Sosial sığorta yığımlarının vergi orqanlarına həvalə edilməsindən sonra yaranmış statistik mənzərəyə nəzər salsaq, son il yarımda bu artımın daha əhəmiyyətli olduğunu görə bilərik. 2019-cü ilin 1 yanvar tarixindən qeyri-neft qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayında artım 208,9 min təşkil edir. Qeyri-neft qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin cəmi əmək müqavilələrində xüsusi çəkisi 2018-ci ildəki 38,5%-dən cari ilin altı ayının yekunu üzrə 45,1%-ək yüksəlib.
Əmək bazarında şəffaflaşma proseslərinin yüksək dinamikası əmək haqqı fondunun həcminin böyüməsinə şərait yaratmaqla məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmaların yüksək artım dinamikasını şərtləndirir. 2019-cu ildə qeyri-neft qeyri-dövlət sektorunda əmək haqqı fondunun artım tempi (29,1%) əhalinin pul gəlirlərinin nominal artım tempini (7,4%) əhəmiyyətli üstələyib, cari ildə də bu proses davam edib. Belə ki, 2020-ci ilin birinci yarısında qeyri-neft qeyri-dövlət sektorunda əmək haqqı fondunun artım tempi 11,0% təşkil etdiyi halda, əhalinin pul gəlirlərinin nominal artım tempi 0,6% olub.
Sosial sığorta yığımlarının vergi orqanlarına həvalə edilməsindən sonra yaranmış statistik mənzərəyə nəzər salsaq, son il yarımda bu artımın daha əhəmiyyətli olduğunu görə bilərik. 2019-cü ilin 1 yanvar tarixindən qeyri-neft qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayında artım 208,9 min təşkil edir. Qeyri-neft qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin cəmi əmək müqavilələrində xüsusi çəkisi 2018-ci ildəki 38,5%-dən cari ilin altı ayının yekunu üzrə 45,1%-ək yüksəlib.
Əmək bazarında şəffaflaşma proseslərinin yüksək dinamikası əmək haqqı fondunun həcminin böyüməsinə şərait yaratmaqla məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmaların yüksək artım dinamikasını şərtləndirir. 2019-cu ildə qeyri-neft qeyri-dövlət sektorunda əmək haqqı fondunun artım tempi (29,1%) əhalinin pul gəlirlərinin nominal artım tempini (7,4%) əhəmiyyətli üstələyib, cari ildə də bu proses davam edib. Belə ki, 2020-ci ilin birinci yarısında qeyri-neft qeyri-dövlət sektorunda əmək haqqı fondunun artım tempi 11,0% təşkil etdiyi halda, əhalinin pul gəlirlərinin nominal artım tempi 0,6% olubya 34,1% çoxdur. Daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən büdcə sektoru üzrə 235,7 mln. manat və ya 51,3%, qeyri-büdcə sektoru üzrə 198,9 mln. manat və ya 24,4% çox olub.
İşsizlikdən sığorta haqları üzrə 2020-ci ilin birinci yarımilliyi ərzində 53,6 mln. manat proqnoza qarşı 58,5 mln. manat vəsait daxil olmaqla, proqnoza 109,2% əməl edilib. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 4,9 mln. manat təşkil edir. 2020-ci ilin 6 ayı ərzində daxil olmuş məbləğ 2019-cu ilin müvafiq dövrünə nisbətən 11,5 mln. manat və ya 24,5% çox olub. Daxilolmalar 2019-cu ilin müvafiq dövrünə nisbətən büdcə sektoru üzrə 5,7 mln. manat və ya 45,3%, qeyri-büdcə sektoru üzrə 5,8 mln. manat və ya 16,8% çoxdur.
Sosial yığımların ödənilməsi sahəsində aparılan islahatlar Dövlət Sosial Müdafiə Fondunun büdcə asılılığının da azalmasına şərait yaradıb. Əgər 2017-ci ildə dövlət büdcəsindən fondun büdcəsinə ödənilən transfertin onun gəlirlərində xüsusi çəkisi 38,2% təşkil edirdisə, 2019-cu ildə sosial yığımların hesablanması və ödənilməsinə nəzarətin vergi orqanları tərəfindən həyata keçirilməsinə başladıqdan sonra, bu göstərici 28,7%-ə enib.