Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 573 933,7 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 11 229,9 min dollar və ya 2% çoxdur.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 15 239,3 min dollar və ya 12,2% artaraq 140 219,9 min dollar, idxalın həcmi isə 4 009,4 min dollar və ya 0,9% azalaraq 433 713,7 min dollar təşkil edib. Göründüyü kimi, idxal ixracı 3,1 dəfə üstələyib.
Hesabat dövründə 293 493,8 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 19 248,7 min dollar və ya 6,1% azdır.