Azərbaycanın iqtisadi rayonlarında bu ilin yanvar-mart ayları üzrə illik inflyasiya səviyyəsi açıqlanıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ən yüksək illik inflyasiya Quba-Xaçmaz (4,8%) və Yuxarı Qarabağ (4,8%), ən aşağı inflyasiya isə Naxçıvan iqtisadi rayonunda (2%) qeydə alınıb.
Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-mart aylarına nisbətən 103%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,2%, qeyri-ərzaq məhsulları üzrə 101,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,4% təşkil edib.
Cari ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101%, əvvəlki ilin mart ayına nisbətən 103,3% olub.
Azərbaycan iqtisadi rayonlarının istehlak qiymətləri indeksi:
№ |
İqtisadi rayonlar |
2020-ci ilin yanvar-mart ayı 2019-cu ilin eyni dövrünə nisbətən, % |
2020-ci ilin mart ayı 2020-ci ilin fevral ayına nisbətən,% |
2 |
Yuxarı Qarabağ |
104,8 |
102,1 |
1 |
Quba-Xaçmaz |
104,8 |
101,4 |
3 |
Lənkəran |
104,2 |
101,5 |
4 |
Gəncə-Qazax |
104,2 |
101,1 |
5 |
Aran |
104,2 |
101,2 |
6 |
Abşeron |
104,1 |
100,9 |
7 |
Şəki-Zaqatala |
104,0 |
101,0 |
8 |
Dağlıq Şirvan |
104,0 |
101,2 |
9 |
Naxçıvan |
102,0 |
101,2 |