Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 16% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 16% artıb
# 15 aprel 2020 11:47 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10,2% azalaraq 6 843,7 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin ik üç ayında Azərbaycan xarici ölkələrə 4 206,8 mln. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 2 637  mln. dollar olub. Nəticədə, 1 569,8 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin eyni ayları ilə müqayisədə 2020-ci ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 16,4% artıb, ixrac və idxal isə müvafiq olaraq 6,2% və 15,9% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR