28 aprel 2020-ci il tarixində Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 57,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
"APA-Economics"in Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Ümumiyyətlə, bu ilin martın 10-dan bu günə kimi 16 hərrac keçirilib ki, bu hərraclarda banklar 2 122,4 mln. dollar əldə edib.