Banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqqı 50%-ə qədər endirilir

Banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqqı 50%-ə qədər endirilir
# 25 aprel 2020 11:52 (UTC +04:00)

Nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və xərclərin azaldılması üçün bir sıra xidmət haqqının aşağı salınması nəzərdə tutulur.

APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

"İqtisadi aktivliyin azalması, biznes və ev təsərrüfatlarının gəlirlərinin aşağı düşməsinin ödəniş xidmətlərindən istifadə göstəricilərinə mənfi təsir etməsini nəzərə alaraq nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və xərclərin azaldılması məqsədilə 30 sentyabr 2020-ci il tarixinədək banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqlarının 50%-ə qədər endirilməsi və bank müştərilərinə göstərilən ödəniş xidmətləri üzrə tariflərin analoji qaydada azaldılması, eləcə də sahibkarların ödəniş kartlarının qəbulu üzrə tariflərinin 50%-ə qədər endirilməsi tədbirləri nəzərdə tutulur."

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR