Bu ilin yanvar-mart ayları üzrə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 2019-ci ilin müvafiq dövrünün göstəricisini 7,6% üstələyərək 70 998,4 min ABŞ dolları təşkil edib.
"APA-Economics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə bu ilin ilk üç ayında ixracın həcmi 0,2% artaraq 53 530,7 min dollar olub. Hesabat dövründə idxalın həcmi 17 467,7 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 39,3% üstələyir.