Paşha Bank
Bank Of Baku

"AccessBank"ın sədri: "Bank Respublika" ilə birləşməyə dair sövdələşmə tamamlanıb

"AccessBank"ın sədri: "Bank Respublika" ilə birləşməyə dair sövdələşmə tamamlanıb
# 26 oktyabr 2026 09:09 (UTC +04:00)

“AccessBank” və “Bank Respublika” arasında sövdələşmə tamamlanıb.

“APA-Economics” xəbər verir ki, bu barədə “AccessBank”ın İdarə Heyətinin sədri David Tsiklauri bildirib.

O, bankdakı beşillik fəaliyyətini dəyərləndirərək əldə olunan maliyyə nəticələrinin müsbət olduğunu açıqlayıb.

"2023-cü ildən etibarən bankın kapitalının rentabelliyi (ROAE) davamlı olaraq 25%-dən yüksək olub. Eyni dövrdə səhmdarlar üçün yaradılan dəyər təxminən 3,5 dəfə artıb. Bu göstərici üzrə orta illik artım tempi 28,5% təşkil edib.

“Beş il əvvəl bazarın, demək olar ki, ümidsiz hesab etdiyi bankı ölkənin ən yüksək nəticələr göstərən maliyyə institutlarından birinə çevirdik. Bu uğur bütün AccessBank komandasına məxsusdur”, – deyə David Tsiklauri vurğulayıb.

O, həmçinin “Bank Respublika”nın kollektivini sövdələşmənin tamamlanması münasibətilə təbrik edib və yeni rəhbərliyə uğurlar arzulayıb.

David Tsiklauri bildirib ki, sövdələşmə və bundan sonra bankların birləşməsi müştərilər, əməkdaşlar və səhmdarlar üçün daha geniş imkanlar yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR