2026-cı ilin ilk altı ayının yekunlarına əsasən Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 0,8% artıb.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
“AMB-nin proqnozlarına görə, 2026-cı ildə ÜDM 0,5%, 2027-ci ildə isə 2,6% artacaq. Qeyri-neft ÜDM-nin isə müvafiq olaraq 2026-cı ildə 2,4%, 2027-ci ildə isə 3,9% artacağı gözlənilir”, - deyə o qeyd edib.