Bank Of Baku

ARDNF-in investisiya portfeli 9% artıb

ARDNF-in investisiya portfeli 9% artıb
# 23 iyul 2026 13:44 (UTC +04:00)

Bu il iyulun 1-nə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli 72 595,1 milyon ABŞ dolları təşkil edib.

APA-Economics” Fondun məlumatına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% və ya 6 079,9 milyon ABŞ dolları artıb.

Ümumi investisiya portfelinin 33,8%-ni istiqrazlar və pul bazarı alətləri, 31,4%-ni qızıl, 28,1%-ni səhmlər, 6,7%-ni isə daşınmaz əmlak təşkil edir.

Qeyd edək ki, cari ilin iyulun 1-nə investisiya portfelinin 27,5%-i Şimali Amerikada, 27%-i Avropada, 9,9%-i Asiyada, 1,4%-i Yaxın Şərqdə, 1,1%-i Avstraliyada, 0,1%-i isə Cənubi Amerikada cəmləşib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR