Bank Of Baku

ARDNF-nin aktivlərinin həcmi açıqlanıb

ARDNF-nin aktivlərinin həcmi açıqlanıb
# 23 iyul 2026 12:55 (UTC +04:00)

Bu il iyulun 1-i tarixinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 72 596 milyon ABŞ dolları (123 414 milyon manat) təşkil edib.

"APA-Economics" Fonda istinadən xəbər verir ki, bu göstərici ilin əvvəli ilə müqayisədə 1,29% azdır.

2026-cı ilin yanvar-iyun ayları ərzində ARDNF-nin ümumi gəlirləri 8 531, 3 milyon manat təşkil edib. Sözügedən dövrdə Fondun neft-qaz gəlirləri 4 953,4 milyon manat olub. Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 3 577,9 milyon manat təşkil edib. Büdcə xərcləri hesabat dövrü üzrə 6 449,7 milyon manat təşkil edib.

ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 953,4 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 4 947,6 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri 0,9 milyon manat akrhesabı ödənişləri isə 4,9 mln manat təşkil edib.

Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 4 374,9 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 437,1 milyon manat məbləğində vəsait daxil olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR