Bank Of Baku

Azərbaycan iqtisadiyyatı 8 ayda 1,2% böyüyüb

Azərbaycan iqtisadiyyatı 8 ayda 1,2% böyüyüb
# 09 sentyabr 2026 11:10 (UTC +04:00)

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 87 milyard 709,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,2% çoxdur.

Hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər 0,8% azalıb, qeyri-neft-qaz sektorunda isə 2,1% artıb.

Yanvar-avqust aylarında neft-qaz sektorunda 26 milyard 181,9 milyon manat, qeyri-neft-qaz sektorunda isə 61 milyard 527,6 milyon manatlıq ÜDM formalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR