Bank Of Baku

Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlıq müzakirə olunub

Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlıq müzakirə olunub
# 10 sentyabr 2026 13:05 (UTC +04:00)

Bu gün Baş nazir Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə APA-ya Nazirlər Kabinetindən xəbər verilib.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və səmərəli tərəfdaşlığın mövcud olduğu bildirilib, ötən dövr ərzində birgə həyata keçirilmiş layihələrin ölkəmizin sosial-iqtisadi inkişafının dəstəklənməsinə töhfə verdiyi qeyd edilib.

Dayanıqlı şəhər inkişafı, yaşıl enerji, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, su təchizatı və su ehtiyatlarının idarə olunması, eləcə də bir sıra digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivləri və gələcək birgə layihələr müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR