Bank Of Baku

Azərbaycana xaricdən pul köçürmələri 30% azalıb

Azərbaycana xaricdən pul köçürmələri 30% azalıb
# 04 dekabr 2024 11:10 (UTC +04:00)

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 454.6 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 440.9 milyon manata bərabər olub.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-oktyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 30% və ya 621.8 milyon manat, banklardan xaricə köçürmələr isə 14.7% və ya 76 milyon manat azalıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 2 milyard 76.4 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 516.9 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR